“Tesla” ucuz elektromobilinin inkişaf etdirilməsini dayandırıb

“Tesla” ucuz elektromobilinin inkişaf etdirilməsini dayandırıb, bu barədə “Reuters” yazıb. Məlumata görə, “Model 2” avtomobili üçün istifadə ediləcək platformada robotaksi yığılacaq – bu, şirkətin rəhbəri İlon Mask üçün prioritetdir, mənbələr deyir. İstehsalın həcmi və vaxtı haqqında heç nə məlum deyil.
Agentliyin fikrincə, pilotsuz taksilərin istehsalı daha çox vaxt aparacaq və bütün məsələləri tənzimləyicilərlə həll etmək daha çətin olacaq. Amma mənbələrdən biri aydınlaşdırıb ki, iqtisadi şərait dəyişərsə, şirkət planlarına yenidən baxa bilər.
“Reuters” hesab edir ki, “Tesla” Çinlə rəqabətə hazır deyil. “Model 2″nin qiyməti 25 min dollardan başlamalı idi, Çin istehsalçıları isə avtomobillərini 10 min dollara satırlar. O, eksperimental “Cybertruck” üzərində işləyərkən, Çin şirkətləri daha sərfəli qiymətlər təklif edərək, elektrikli avtomobil bazarında pay almaq üçün mübarizə aparırdılar.
Bunun fonunda “Tesla” səhmləri 4% ucuzlaşıb. Nəşr zamanı qiymətli kağızlar bir səhm üçün 167.60 dollara olub.
banker.az
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT












