“Tesla”dan parkinq probleminə radikal həll

Avtomobil istehsalçısı “Tesla” park problemini həll etmək üçün avtomobildə sensorlardan istifadə edəcək.
Avtosfer.az xəbər verir ki, şirkət tərəfindən yayılan ən son proqram yeniləməsində sürücülərə parklama manevrlərində kömək etmək üçün yenilik təklif edilib.
“Tesla” tərəfindən "yüksək keyfiyyətli parkinq köməkçisi" adlandırılan funksiya parkinqdə yeni texnologiyanı təmsil edir. Belə ki, “2D” görünüş ekranı avtomobilin ətrafını göstərəcək “3D” modeli ilə əvəz edilib. Şirkət avtomobilin ətrafa baxış kameralarından alınan məlumatlardan istifadə edəcək.
Qeyd edək ki, digər avtomobil istehsalçıları ümumiyyətlə dayanacaq köməkçilərində sabit kamera əsaslı üst görünüşlərə üstünlük verirlər. “Tesla”nın yeni sistemi obyektlərin formalarını və məsafələrini dinamik olaraq qiymətləndirəcək. Bu, paralel və perpendikulyar parkinq üçün yerləşdirilmiş xətlərin aydın görünməsinə imkan verəcək.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












