Tezçıxarılan “kapsulalara” malik olan hidrogen krossoveri təqdim edilib

NamX startapı beynəlxalq komanda tərəfindən hazırlanmış gələcəyin hidrogen krossoverini təqdim edib. Model bu ilin payızında keçiriləcək Paris avtosalonunda təqdim olunacaqdır. Krossoverin eksteryeri üzərində məşhur Pininfarina atelyesinin mütəxəssisləri işləyib.
Maraqlıdır ki, krossover tamamən virtual aləmdə yaradılıb. Bununla belə, onun görünüşünü unikal adlandırmaq olmaz. Maraqlı elementlər arasında, böyük “X” hərfi şəklində hazırlanmış orijinal ön işıqlandırmanı qeyd etmək olar.
Bununla belə, modelin əsas xüsusiyyəti çıxarıla bilən hidrogen modulları olacaqdır. Bəli, bəli, bəzi şirkətlər tezçıxarılan batareyaları yaradan zaman, NamX mütəxəssisləri elektromobilin arxa hissəsində yerləşən altı hidrogen “kapsulunu” hazırlayıblar. İstehsalçının sözlərinə görə, onların hər birini 30 saniyə ərzində dəyişdirmək olar.
Eyni zamanda, altı “kapsul” adi yanacaq çənini inkar etmir, əksinə tamamlayır. Əsas odur ki, bütün bu “kapsulalar” universaldırlar, onlardan generatorlarda və mobil elektrik stansiyalarında istifadə oluna bilər.
NamX HUV krossoveri üçün iki güc qurğusu təklif edilir: ilkin versiyada arxa oxda yerləşən bir elektrik mühərriki quraşdırılır. O, 300 at qüvvəsi hasil edir və krossoveri 100 km/saat həddinə 6,5 saniyəyə sürətləndirməyə imkan verir. Maksimal sürət - 200 km/saatdır.
Tam ötürməli GTH versiyası artıq 550 at qüvvəsinə malikdir və avtomobili 100 km/saata 4,5 saniyə sürətləndirir. Bu versiyanın maksimal sürəti xeyli yüksəkdir - 250 km/saat. Krossover dolu çənlə 800 kilometrə qədər məsafə qət edə bilər.
NamX HUV krossoverinin istehsalını 2025-ci ilə qədər Mərakeşdə təşkil etmək planlaşdırılır. Bu, çox əlverişlidir, çünki bu ölkə məqbul iqtisadi şərtlər təklif edə bilər. Üstəlik, qonşuluqda hidrogenin əldə edilməsinə başlanılıb.
Krossover üçün əsas bazar Avropa olacaqdır. Burada modelin qiyməti 65 000 avrodan başlayacaqdır. Ən bahalı NamX HUV modeli üçün artıq 95 min avro ödəmək gərək olacaq.
NamX şirkəti sahibkar Fauzi Annaj və dizayner Tomas de Lyüssak tərəfindən qurulan afro-fransız startapıdır. Komandaya həmçinin avtomobil dünyasında məşhur olan şəxs - AVL France şirkətinin keçmiş baş direktoru və Renault şirkətinin Araşdırma və İnkişaf üzrə keçmiş direktoru Alen Dibuan daxildir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












