Tıxacda qalmamaq üçün YENİ FUNKSİYA

“Volvo” şirkəti avtomobillərində bir neçə yüz metr irəlidə olan yol qəzaları barədə sürücüləri dərhal xəbərdar edən dünyada ilk funksiyanı təqdim edib.
Avtosfer.az bildirir ki, bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb. Şirkətin açıqlamasında sürücülərin yeni funksiya sayəsində qarşıdakı maneələrdən xəbərdar olacağı və ona uyğun avtomobili idarə edəcəkləri vurğulanıb.
“Volvo” hesab edir ki, yeni funksiya sürücülərə digər avtomobillərlə toqquşmadan qaçmağa və qəzalar nəticəsində yaranan tıxaclarda daha az vaxt keçirməyə kömək edəcək. Qəza məlumatı milli yol orqanları və brendin digər “uyğun” modelləri tərəfindən təmin ediləcək. Funksiya Danimarkada sınaqdan keçiriləcək. Sonradan digər ölkələrin avtomobillərində də tətbiq olunacaq.
Qeyd olunur ki, “Volvo” təhlükəsizlik sistemi “Volvo Cars” buludunun məlumatlarından istifadə edir ki, bu da artıq brendin avtomobillərinə bir-biri ilə “qarşılıqlı əlaqə” yaratmağa və yollardakı təhlükələr barədə xəbərdarlıq etməyə imkan verir.
lent.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












