TOGG avtomobilinin yeni modeli təqdim edildi - VİDEO

Türkiyənin Adana şəhərinin sakinləri və qonaqlarına yeni yerli TOGG avtomobil modeli təqdim edilib. Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, sedan versiyasında “TF10” avtomobilinin təqdimatı 10-cu “TEKNOFEST-2024” Aviasiya, Texnologiyalar və Kosmonavtika festivalı çərçivəsində baş tutub.
Bursa vilayətinin Gemlik bölgəsindəki avtomobil zavodunun konveyerlərindən düşən ilk TOGG modeli – “SUV T10 X” olub.
Eyni zamanda, TOGG-un “TF10” sedanının ehtiyat gedişi “T10 X” versiyası ilə müqayisədə 80 kilometr çoxdur və 600 kilometrə çata bilər.
Ötən həftə yerli elektromobilin yeni modelinin sükanı arxasına ilk əyləşən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır olub.
“TOGG” şirkətinin nümayəndələri daha əvvəl bildirmişdilər ki, “TF10” modeli üçün sifarişlər 2025-ci ilin birinci rübündə qəbul edilməyə başlayacaq və sedanlar gələn ilin aprelində konveyerdən çıxacaq.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












