Toyota ilk avtonom taksisini ictimai yollarda istifadəyə verəcək

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.
Beləliklə, pilotsuz nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda bu məqsədlər üçün istifadəsi Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.
Tokio körfəzinin sahilində yerləşən Daiba ticarət və əyləncə rayonu Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır. Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq. (apa)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












