"Toyota LC 300" ofrouderini daha qorxulu etmək təklif olunur
Toyota Land Cruiser modeli hər zaman brutal görünüşü ilə seçilib. Üstəlik də, bunun qarşımızdakı ofrouderin adi LC 300 və ya onun GR Sport indeksli “ofroud” versiyasının olmasından heç də asılı deyil. Necə deyərlər – şir, elə həmişə şirdi, məəm qərdeşim.
Lakin insanlar müxtəlifdir, kimə isə LC 300 modelinin belə brutal görünüşü xoş gələ bilər, amma yeni yapon ofrouderinin kifayət qədər qorxulu görkəmə malik olmadığını düşünənlər də mövcuddur. Məhz avtomobilinə ətrafa dəhşət saçan görkəm vermək istəyən şəxslər üçün Khann International xüsusi təkmilləşdirmələr paketini hazırlayıb.
Beləliklə, rusiyalılar 2 500 dollar müqabilində ofrouderinizi geniş kuzov dəsti ilə təchiz etməyə hazırdırlar. Buna təkər tağlarının genişləndiriciləri sayəsində nail olunur. Bundan əlavə, karbondan kapot (5 210 dollar) və radiator barmaqlığı da (2 060 dollar) gözünüzü öpür. Əlavə 1 440 dollar qarşılığında karbondan gövdəsi olan yan güzgüləri də sifariş etmək olar.
22-düymlük KW-LT2 R22/ET disklərini əldə etmək üçün isə, nə az, nə çox 8 600 dollar “tərləməli” olacaqsınız. Hə, bunlar kifayət deyil, deyirsiniz isə, baqaj qapağında quraşdırılacaq 1350 dollarlıq spoyler cütlüyü sizi gözləyir. Məlum məsələdir ki, bu elementlər də karbondandır.
Qeyd etmək gərəkdir ki, bu məbləğə avtomobilin qapınıza çatdırılması xərcləri və sairə daxil deyil. Odur ki, tam paketin kifayət qədər baha başa gələcəyini əminliklə söyləmək olar. Amma necə deyərlər – könlü balıq istəyən...
autograph.az
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO
"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı










