“Toyota” Yaponiyadakı fabriklərdə dayanma müddətini uzatdı

“Toyota Motor” Yaponiyadakı iki fabrikdə iki istehsal xəttinin bağlanmasını 1 mart 2024-cü ilə qədər uzadacaq.
Avtofer.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Belə ki, Yanvarın 29-dan ciddi qanun pozuntuları aşkar edildikdən sonra hasilat xətləri dayandırılıb. Avtomobil istehsalçısı podratçı “Toyota Industries” şirkətini dizel testinin nəticələrini saxtalaşdırmaqda şübhəli bilib. Kompüter modullarında gücün ölçülməsi zamanı mühərriklərin kütləvi istehsalında istifadə olunandan fərqli proqram təminatı istifadə edilib.
Güc testləri zamanı anormallıqlar dünyada satılan 10 avtomobil modelində istifadə olunan üç mühərrik modeli üçün aşkar edilib. Onların arasında “Toyota Land Cruiser Prado”, “Land Cruiser 300”, “Fortuner” yolsuzluq avtomobilləri və “Hilux” pikapı var.
Sonradan dizel mühərriklərinin sınaqları zamanı aşkar edilmiş saxtakarlıq səbəbindən dörd zavodda altı istehsal xəttinin işi dayandırılıb.
Şirkət daxilində hər hansı problemin olub-olmadığını müəyyən etmək üçün yerində yoxlamalar da daxil olmaqla geniş araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












