“Toyota”nın illik gəliri rekord 23 mlrd. dollara çatıb

31 mart 2022-ci il tarixində başa çatan maliyyə ilində “Toyota Motor”un əməliyyat mənfəəti pandemiyadan sonra satışların bərpası və yenin dollara nisbətdə zəifləməsi nəticəsində 36.3% artaraq rekord 3 trilyon yen (23 milyard dollar) təşkil edib.
Avtosfer.az xəbər verir ki, bununla belə dünyanın ən böyük avtomobil istehsalçısı, COVID-19 pandemiyası və Ukraynadakı münaqişənin istehsala mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, cari maliyyə ili üçün ehtiyatlı proqnozlar verib.
İlin yekunlarına görə, şirkətin satışları 15.3% artaraq, həm də rekord nəticə göstərib – 241 milyard dollar. Hesabat dövründə xalis mənfəəti 26.9% artaraq 22 milyard dollara çatıb. Ümumilikdə, il ərzində 8.5 milyon avtomobil satılıb.
Cari maliyyə ilində yapon istehsalçısı 9.7 milyon avtomobil satmağı planlaşdırır. Şirkət rəhbərliyinin fikrincə, bu maliyyə ili “daha çətin olacaq”.
TED.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












