Tramp BMW-yə qarşı: Avtomobil nəhəngi zərərləri hesablayır

Almaniyanın BMW avtomobil nəhəngi həyəcan təbili çalıb. Belə ki, şirkət ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinə görə, 2025-ci ildə mənfəətin 1 milyard avro azalmasını gözləyir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
Səbəb kimi polad, alüminium və bəzi avtomobil modellərinin, o cümlədən BMW-nin Meksikada istehsal etdiyi modellərin idxalına ABŞ rüsumlarının artırılması göstərilir.
Qeyd edək ki, Trampın Avropa İttifaqına 25 faizlik tariflər tətbiq etmək qərarı Avropa rəsmiləri tərəfindən "düşməncəsinə və təhqiredici" adlandırılıb. Onlar xəbərdarlıq ediblər ki, ticarət qarşıdurması davam edərsə, ABŞ iqtisadiyyatı daha çox zərər çəkəcək.
Aİ də cavab tədbirləri hazırlayır, lakin Vaşinqtonu danışıqlar masasına oturmağa çağırır.
BMW şirkəti isə münaqişənin mərkəzində qalıb. Keçən ilin nəticələrinə görə, avtomobil nəhənginin mənfəəti artıq 37% azalıb.(oxu.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












