Trampın nadir “Lamborghini Diablo” avtomobili hərraca çıxarılacaq - FOTO

ABŞ-ın keçmiş prezidentinin nadir “Lamborghini Diablo” avtomobili yanvarın 20-dən 28-ə kimi hərracda satılacaq. “Barret-Jackson” auksionunda italyan avtomobilinin açıq versiyası sahibini dəyişəcək.
Avtosfer.az xəbər verir ki, avtomobil Donald Tramp üçün xüsusi hazırlanıb.
Milyarder və siyasətçi xüsusi konfiqurasiya sifariş etmək üçün “Lamborghini” ilə xüsusi münasibətindən istifadə edib. Bu avtomobil “Blu Le Mans” rəngindədir.
ABŞ-ın keçmiş prezidenti 2002-ci ilin yayına qədər “Lamborghini Diablo VT”yə sahib idi. O vaxtdan bəri maşın iki dəfə sahiblərini dəyişib və odometr 24,836 mil (demək olar ki, 40 min kilometr) göstərir. Bununla belə, “CarFax” portalı yürüşün reallığına şübhə ilə yanaşıb və auksionçular da bu barədə şərh verməyib. Bundan əlavə avtomobilin heç bir xarici qüsuru yoxdur.
Qeyd edək ki, 1997-1999-cu illər arasında “Amerika Lamborghini Diablos”un kvotası cəmi 132 ədəd olub.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR















