Tramvayın vətəni olan Avropada vəziyyət necədir? - FOTO

Bakı şəhərinin Baş Planı ictimaiyyətə açıqlandıqdan sonra ən ciddi maraq doğuran mövzulardan biri də tramvayın bərpası oldu. Bəziləri bu nəqliyyatın bərpasını qeyri-real hesab etsələr də, tərəfdarlar da kifayət qədər oldu.
Bəs tramvayın vətəni olan Avropada vəziyyət necədir? Orada bu nəqliyyat inkişaf edir, yoxsa sıradan çıxır?
Avtosfer.az xəbər verir ki, hazırda Avropa şəhərlərində tramvay inkişaf dövrünü yaşayır. Hətta bəzi şəhərlərdə tramvay xətləri 2 ayrı ölkənin şəhərlərini birləşdirir. İsveçrənin Bazel şəhərinin tramvayı isə daha da irəli gedərək 2 ayrı dildə (alman və fransız) danışan 3 ölkəni birləşdirir.
1895-ci ildə istismara verilmiş tramvay şəbəkəsi 1900-cü ildə Fransa, bir neçə il sonra isə Almaniya sərhədlərini keçdi. 13 xətdən ibarət şəbəkənin uzunluğu 74 kilometrdir və ildən-ilə böyüyür.
Hazırda bu tramvayın bir xətti Almaniyanın Vayl am Rayn (baden Vürttemberq torpağı), 2 xətti isə Fransanın Sen Lui və Leymen şəhərlərini birləşdirir. Yol üstündə çox sayda kommunaya xidmət göstərən tramvay gündə təxminən 400 min sərnişin daşıyır (Bakı metrosunun adi günlərindəki qədər – müəl.).
Xətlərdə müasir vaqonlarla yanaşı 40-50 illik tramvaylara rast gəlmək mümkündür. Estetik vəziyyətinə gəlincə, Bazel kafedralı kimi Bazel tramvayı da İsveçrənin qeyri-maddi mədəni irsi hesab edilir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















