Türkiyə şirkəti artıq 8-ci ölkədə avtonom nəqliyyat xidmətinə başlayır - FOTO

Dünyada ictimai nəqliyyatın elektrik və avtonom transformasiyasında rol oynayan “Karsan” indi də İsveçrədə avtonom “E-ATAK”ı istifadəyə verməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, məlumata əsasən, planlaşdırılmış marşrut üzrə sürücüsüz hərəkət edə bilən Səviyyə-4 Avtonom “E-ATAK” ictimai nəqliyyat vasitəsi tarixi fakturasını qoruyub saxlaya bilmiş köhnə yaşayış məntəqələrinin seçimi olmağa davam edir.

Şirkətin açıqlamalarına görə, “Karsan” ABŞ-da Miçiqan Dövlət Universitetinin kampusunda 1,5 il ərzində 5 kilometrlik marşrutla sərnişin daşıyıb. 2022-ci ildən Norveçin Stavanger şəhərində açıq trafikdə biletli sərnişin daşıyan avtonom “E-ATAK” bu ilin əvvəlində tunel də daxil olmaqla mövcud marşrutunu genişləndirdi. ABŞ, Norveç, Fransa, Rumıniya və Türkiyədə və son olaraq Finlandiyada fəaliyyətə başlayan “Autonomous E-ATAK”ilə 7 fərqli nöqtədə analoji layihələrə start verən “Karsan” 80 min kilometr avtonom sürücülük təcrübəsi qazandı və 30 mindən çox sərnişin daşıdı. Bundan əlavə, Hollandiyanın Rotterdam şəhərində hava limanı layihəsini üzərinə götürən “Karsan” 2024-cü ilin sonunda təslim ediləcək 2 Avtonom “E-ATAK”ın köməyi ilə belə nəqliyyat vasitələri ilə hava limanı transferlərini həyata keçirəcək.
Bu layihələrə bir yenisini əlavə edən “Karsan” indi də İsveçrədə yollarda “Avtonom “E-ATAK””ı istifadəyə verməyə hazırlaşır. İsveçrənin tarixi şəhərlərindən biri olan Arbonda xidmət göstərəcək “Autonomous “E-ATAK”” dekabr ayında “Karsan” tərəfindən şəhərə gətiriləcək. 2025-ci ilin yanvar ayından etibarən o, Arbonun ictimai nəqliyyat operatoru “Eurobus Ostschweiz AG” altında sərnişin daşımağa başlayacaq.
“Karsan” CEO-su Okan Baş, “Elektrikli və avtonom avtomobillərimizlə dünyanın, xüsusilə Avropanın nəqliyyat infrastrukturunu dəyişdirməyə davam edirik. "Əsas hədəf bazarlarımız xaricində gördüyümüz işlərlə Yaponiyadan ABŞ-a qədər çox geniş bir coğrafiyada dizayndan istehsala, satış və marketinqdən satış sonrası xidmətlərə öz markamız altında xidmətlər təqdim edirik", - deyə açıqlama verib.
Eltac Zülfüqaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












