Türkiyədən ixrac edilən avtomobillərdə saxtakarlıq üzə çıxdı

Ford şirkəti ABŞ-nin gömrük qanunvericiliyini pozduğuna görə 365 milyon dollar cərimələnib.
Avtosfer.az xəbər verir ki, şirkət məhkəmə çəkişmələrində vaxt itirməmək üçün cərimə ödəməyə razılıq verib.
Şirkətin 2009-2013-cü illərdə Türkiyədə istehsal edərək Birləşmiş Ştatlara gətirdiyi Transit Connect modellərində saaxtakarlığa yol verdiyi üzə çıxıb. Məlum olub ki, daha az rüsum ödəmək üçün avtomobillərə müvəqqəti oturacaqlar quraşdırılıb. Nəticədə nəqliyyat vasitəsi ABŞ gömrüyündə minik avtomobili kimi rəsmiləşdirilib. Salonda isə müvəqqəti oturacaqlar sökülərək yük avtomobili kimi yerli alıcılara satılıb. 5 il ərzində türkiyədən bu tipdə 163 min ədəd avtomobil idxal edilib.
ABŞ qanunvericiliyinə görə, minik avtomobilinin idxalı zamanı rüsum nəqliyyat vasitəsinin dəyərinin 2,5 %-i həddində olduğu halda, kommersiya avtomobillərində 25 %-dir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












