Üç nəhəng marka “Tesla”ya qarşı güclərini birləşdirir

“Toyota” sürücüyə yardım sistemlərinin (ADAS) inkişafını sürətləndirmək və daha yüksək muxtariyyət səviyyələrinə çatmaq üçün “Huawei”, avtonom sürücülük startapı üçün isə “Momenta” şirkəti ilə işləyəcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, şirkətlər avtonom idarəetmə texnologiyalarını “Toyota”nın qlobal məhsul xəttinə inteqrasiya etməyə çalışacaq.
“Huawei” “ADAS” texnologiyası vasitəsilə aparat hissələri təmin edəcək, “Momenta” isə avtonom sürücülük proqram təminatı verəcək. “Toyota” istifadəçi interfeysi və inteqrasiya prosesinə nəzarət edəcək.
Tərəfdaşlığın rəsmi olaraq bu ayın sonunda Çində keçiriləcək Pekin avtosalonunda elan ediləcəyi gözlənilir. Tədbir “Toyota” üçün Çin bazarında mobillik həllərini nümayiş etdirmək üçün kritik əhəmiyyət kəsb edir .
“Tesla FSD” və BYD avtonom idarəetmə texnologiyasında fərqlənir. Bununla belə, avtonom proqram təminatı ilə seçilən “Huawei” və “Momenta” kimi texnologiya nəhəngləri ilə tərəfdaşlıq qurmaq “Toyota”nın sürücüsüz idarəetmə texnologiyalarında seçilməsinə imkan yarada bilər.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












