"Volkswagen" Almaniyada istehsal olunacaq yeni modellər barədə danışıb

Onlardan birincisi və ən əsası yeni Golf modeli olacaq. Mövcud modelin varisi bütünlüklə elektrik ötürməsinə keçəcək və qabaqcıl Scalable Systems Platform (SSP) platformasında inşa edilən ilk avtomobillərdən biri olacaq. Elektromobilin 2028-ci ildən sonra debüt edəcəyi və ondan əvvəl A seqmentli elektrik krossoverinin işıq üzü görəcəyi ehtimal olunur. Qeyd etmək gərəkidir ki, bu model MEB platformasına əsəlanmalıdır. Onun debütü 2026-cı ilə planlaşdırılır.
Volfsburqdakı istehsal meydançası bu onilliyin sonuna qədər "çoxplatformalı" olmalıdır. Bu müəssisədə MQB platformasına əsaslanan yanacaqlı modellər, MEB platformalı elektomobillər və SSP platformalı avtomobillər istehsal olunacaqlar.
Accelerate forward|Road to 6.5 strategiyası çərçivəsində, konsern bir neçə il ərzində öz mənfəətini iki dəfə artırmaq və bunun üçün mövcud olan imkanlardan daha səmərəli istifadə etmək niyyətindədir.
Buna görə də, payızda Volfsburqdakı zavodda ID.3 hetçbeklərinin kiçik partiyalarının (onlar fasilələrlə Zvikkauda, Drezdendəki Şüşəli manufakturada və Çindəki SAIC Volkswagen birgə müəssisəsində istehsal olunurlar) və yeni Tiguan krossoverinin yığılmasına başlanacaq.
2025-ci ildə orada orta ölçülü Tiguan Allspace modelinin varisi, 2026-cı ildə isə yeni A seqmentli elektrik krossoveri bu müəssisədə qeydiyyata düşəcək. SSP platformalı modellər üçün başqa bir zavodun inşası ideyasından imtina etmək qərara alınıb.
Arxitektura sadəcə şirkətin baş müəssisəsinin mövcud strukturuna inteqrasiya ediləcək və ona əsaslanan ilk avtomobillərdən biri Golf elektrokarı olacaq.
Sirli Trinity modelinə gəlincə isə, onun 2022-ci ildə Volfsburq üçün təsdiqlənmiş istehsalı (dəqiq tarix verilməsə də) Zvikkauya köçürüləcək. Bu gün bu zavod Volkswagen ID.3, ID.4, ID.5, Audi Q4 e-tron və Sportback e-tron, Cupra Born elektrokarlarını, həmçinin Bentley və Lamborghini üçün kuzovları istehsal edir.
Elektromobilin formatı çoxlu suallar doğurur. Lakin Trinity adı (ingilis dilindən “Üçlük” kimi tərcümə olunur) layihənin üç əsas sütununa işarə edir: yeni nəsil platforma, inkişafa yeni yanaşma və neyron şəbəkələrə əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemi.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










