“Volkswagen” “Transporter 2024” modeli ilə yenilənməyə hazırlaşır - FOTO

Avtomobil dünyasının ikonik minivan seriyalarından biri olan “Volkswagen” “Transporter 2024” modeli ilə yenilənməyə hazırlaşır. Gələn ilin əvvəlində təqdim edilməsi gözlənilən yeni mikroavtobusun ilk rəsmi görüntüsü paylaşılıb.
Avtosfer.az xəbər verir ki, yeni mikroavtobusun dizel, hibrid və elektrik mühərrikli versiyaları olacaq.
“Volkswagen” şirkəti “T7” adlı yeni nəsil “Transporter” minivanının ilk fotolarını yayımlayıb. Alman avtomobil nəhəngi paylaşdığı görüntülərdə dizaynı kamuflyaj etsə də, yeni mikroavtobusun "VW üslub” lu olacağını bildirib.
“Transporter T7” yeni “Ford Transit” ilə oxşar xüsusiyyətlərə malik olacaq. “Volkswagen” kommersiya vasitələrində formaya deyil, funksionallığa diqqət yetirdiyini bəyan edib.
Avtobusun 1 tondan çox yükgötürmə qabiliyyətini dəstəkləməsi planlaşdırılır ki, nəticədə “Transporter T7” bir çox yük və biznes tətbiqləri üçün uyğun olacaq.
Tam elektrik “e-Transporter”in təqdim edilməsi ilə o, elektrik mühərrikinə keçəcək. Lakin tam elektrikli minivan istəməyənlər üçün isə “Transporter eHybrid” adlı “plug-in hibrid” versiyası təklif ediləcək. Dizel mühərriki yenilənmiş “TDI” mühərrik seçimi ilə satılmağa davam edəcək.
Qeyd edək ki, “Transporter”in gələn ay təqdim ediləcəyi və 2024-cü ilin ortalarında satışa çıxarılacağı gözlənilir.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














