“Volkswagen”in CEO-nun rəqib istehsalçıları güldürən - ETİRAFI

Dünya avtomobil sənayesinin qabaqcıl markalarından biri olan “Volkswagen” bir çox ölkədə effektiv varlığını qoruyur. Son vaxtlar onun sənayedəki rəqabətli mövqeyi ilə bağlı bəzi narahatlıqlar ifadə olunur.
Avtosfer.az xəbər verir ki, iddiaya görə, “Volkswagen”in baş direktoru Tomas Schafer yalnız şirkət işçilərinin əldə edə biləcəyi bir mesaj paylaşıb.
Bu mesajda uzun müddətdir 10,9 milyard dollar olan xərclərin azaldılması proqramı həyata keçirən şirkətin işdən çıxarmalar edəcəyi və kəmər sıxma siyasətinə keçəcəyi bildirilib.
Üstəlik, baş direktor sözügedən mesajda qeyd edib ki, “Volkswagen” mövcud struktur, proseslər və yüksək xərclər səbəbindən artıq rəqabətə davamlı deyil. Bu bəyanat avtomobil sənayesində böyük dəyişikliklərə səbəb ola bilər.
“Volkswagen” ilk dəfə qənaət proqramını elan edərkən, 2029-cu ilə qədər kütləvi ixtisarların olmayacağını vəd etmişdi. Verilən məlumata görə, şirkət o qədər pis vəziyyətdədir ki, bu vədinə əməl edə bilmir. Nəticədə kadr ixtisarı olacaq.
CEO Tomas Schaferin bu mesajından sonra şirkət rəhbərliyi iclas keçirib. Bu iclasda danışan İnsan Resursları İdarə Heyətinin üzvü Gunnar Killian, işdən çıxarmaların qismən və ya erkən pensiya müqavilələri ilə həyata keçiriləcəyini bildirib.
O, həmçinin əlavə edib ki, 10,9 milyard dollar dəyərində xərclərin azaldılması hədəfi üçün personalın sayının azaldılması ilə yanaşı, digər tədbirlər daha effektiv olacaq.
Virus epidemiyası və müharibə kimi dünyada baş verən mühüm hadisələr bir çox marka üçün tədarük problemi yaradıb və bu da xərclərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bundan ən çox təsirlənən şirkətlərdən biri də “Volkswagen”dir.
Bu çətin dövrlərdə Çin istehsalçıları sərfəli qiymətə avtomobillər buraxaraq daha da rəqabətli mühit yaratdı. Bu xərclərin artmasına səbəb olsa da “Volkswagen”i böyük kampaniyalar təşkil etmək kimi addımlar atmağa məcbur etdi. Nəticədə şirkətin mənfəət göstəricisi aşağı düşüb.
Məhəbbət Tərlanoğlu
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










