Volvo Azərbaycan yeni mərkəzin təntənəli açılış mərasimi ilə təqdim olundu - FOTOLAR

Dünya avtomobil sənayesində təhküləsizlik lideri olan Volvo, 5 sentyabr tarixində 'Qütb Parıltısı Odlar Yurdunda’ konsepti ilə Azərbaycandakı rəsmi nümayəndəliyi – Aral Auto vasitəsilə yeni diler mərkəzinin təntənəli açılışını həyata keçirdi.
Bu xüsusi gündə Volvo ailəsinin dəyərləri – təhlükəsizlik, innovasiya və premium komfort – yeni ünvanda bir daha öz əksini tapdı.
Uzun illərdir Azərbaycan bazarında fəaliyyət göstərən Volvo-nun rəsmi təmsilçisi bu dəfə müştəri təcrübəsini yeni səviyyəyə daşıyan, beynəlxalq standartlara uyğun, tamamilə yenilənmiş bir məkana köçdüyünü rəsmi şəkildə elan etdi. Yeni diler mərkəzi müasir dizaynı, funksionallığı və rahatlığı ilə seçilir. Burada İsveç minimalizmi ilə Azərbaycan qonaqpərvərliyi harmonik şəkildə bir araya gəlib.
Təntənəli açılış mərasimində diplomatik nümayəndələr, beynəlxalq və yerli rəhbərlər, həmçinin avtomobil sənayesinin tərəfdaşları iştirak ediblər. Tədbir çərçivəsində İsveç səfirliyinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzon, Volvo EMEA region üzrə rəhbəri, Volvo Qafqaz regionu üzrə rəhbəri və Volvo Azərbaycan komandasının nümayəndələri çıxış ediblər.
Yeni mərkəzdə elektrik, hibrid və daxili yanma mühərrikli Volvo modelləri müştərilərə təqdim olunur.Həmçinin, tədbirdə Volvonun tam elektrikli yeni premium SUV modeli EX90 təntənəli şəkildə təqdim olundu. Bu yanaşma Volvo-nun texnologiya, təhlükəsizlik və dayanıqlı gələcəyə olan bağlılığını əyani şəkildə nümayiş etdirir.
Tədbir iştirakçıları salonla yaxından tanış olub, müxtəlif modelləri incələyib və Volvo-nun gələcək planları barədə məlumat alıblar. “For Life – Həyat üçün” şüarını rəhbər tutan Volvo, Azərbaycanda da bu dəyərləri yaşatmaqda davam edir.
Ünvan: H.Əliyev prospekti 115
Telefon: *7711
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO



































