Reklam

“Volvo” tarixində daha bir ilk - Tam elektrik yük maşını “FM Low Entry” – FOTO

Avtodünya 14 Fevral 2024 16:00 Oxunub 648
“Volvo” tarixində daha bir ilk - Tam elektrik yük maşını “FM Low Entry” – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elektrikləşmə tendensiyası günü-gündən artır. Bu sahədə minik avtomobillər ilə yanaşı yük maşınları və ağır qbaritli nəqliyyat vasitələri də diqqətdə saxlanılır. “Volvo” bu dəyişikliyin ilk siqnallarını “FH” seriyalı traktorlarına elektrik modeli təqdim edərək elan edib. Bu dəfə brend öz tarixində yeni çığır açıb.

Avtosfer.az xəbər verir ki, “Volvo”nun ilk tam elektrik modeli olan “FM Low Entry”ni təqdim edib. Yeni modeiln buraxılış görüntülərində zibil maşını versiyası olaraq təqdim edilib. “FM Low Entry” tək və ikiqat kabin variantları da mövcuddur.

“Volvo” tarixində bir ilki simvolizə edən elektrik yük maşını “FM Low Entry” 360 kVt/saat tutumlu dörd akkumulyator və 489 at gücü hasil edən aqreqatla təchiz edilib. Avtomobil bu akkumulyatorla 200 kilometrə qədər məsafə qət edə bilər. 200 kilometr şəhərlərarası nəqliyyat üçün kifayət qədər azdır, lakin şəhərdə qazıntı, zibil və bələdiyyə işləri kimi işlərdə işləyən bir yük maşını üçün kifayətdir.

Avtomobil 19-32 ton arasında dəyişən ümumi tonajla işləyə bilər. Bundan əlavə, elektrikləşdirmə kampaniyasında iştirak edən hər bir avtomobil kimi, onun da ciddi texnoloji yenilikləri var.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə satışa çıxarılacaq modeldən gözləntilər böyükdür. “Volvo” istehlakçıların elektrikləşmə hərəkətinə alışmasını və 2030-cu ilə qədər satılan avtomobillərin yarısının elektrikli olacağını təmin etməyi hədəfləyir.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh