Reklam

"Voyah Passion" hibrid güc qurğusunu əldə edib

Avtodünya 19 Sentyabr 2023 17:00 Oxunub 748
"Voyah Passion" hibrid güc qurğusunu əldə edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Böyük Voyah Passion sedanı (Çin bazarında Voyah Zhuiguang adı ilə satılır) indiyədək yalnız iki sırf elektrik variantında təklif olunub. Çin brendi böyük sedanı hibrid güc qurğusu ilə təchiz edəcəyini də bildirmişdi - Voyah artıq belə güc qurğusuna malik olan Free və Dreamer modellərini öz müştərilərinə təklif edir. İndi isə, Voyah şirkəti Passion modelinin hibrid versiyasının ilk rəsmi şəkillərini dərc edərək, onun əsas xüsusiyyətlərini açıqlayıb.

Zahiri cəhətdən hibrid elektrik analoqlarından ilk növbədə ön hissəsinin tərtibatı ilə fərqlənir: hibrid sedan tamölçülü radiator barmaqlığına və fərqli ön bamperə sahib olub. 20-düymlük təkər disklərinin dizaynı da yenidən işlənib. Baqaj qapağında isə, yuxarı qalxan spoyleri iki hissəyə bölən işıqlanan "üzgəc" peyda olub.

Ön baqajın yerində digər Voyah hibridlərindən tanış olan 136 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik quraşdırılıb. Bu mühərrik əksər hallarda dartma batareyasını dolduran generator kimi  işləyir, lakin bir pilləli ötürmələr qutusu vasitəsilə ön təkərlərə də qoşula bilər. Sedan əsasən iki elektrik mühərriki ilə hərəkətə gəlir: ön mühərrikin gücü 177, arxadakının isə 217 at qüvvəsi təşkil edir.

Hibrid sistemin ümumi hasilatı 530 at qüvvəsi və 790 Nm təşkil edir. Yəni formal olaraq bu top versiya sayılır, çünki elektrik sedanlarında cəmi 510 at qüvvəsi və 730 Nm hasil edən iki mühərrik var. Ancaq qeyd etmək gərəkdir ki, hibrid ən yüksək hasilatı bütün rejimlərdə əldə edə bilməz: məsələn, yerindən hərəkətə başladıqda, bir pilləli reduktoru olan daxili yanma mühərriki kömək edə bilməyəcək və bu zaman yalnız elektrik mühərrikləri işləyəcək.

Voyah Passion hibridi 43 kilovat-saatlıq dartma batareyası ilə təchiz edilib. Elektrik versiyalarında isə batareyanın tutumu 82 və 109 kilovat-saat ola bilər. Lakin boş çəki baxımından onlar müqayisə edilə bilər: təkrar doldurulan hibridin çəkisi 2245 kiloqram, elektromobilin baza versiyasının isə 2266 kiloqram. 

Hibridin maksimum sürəti 200 km/saat, elektromobillərin isə 205-210 km/saatdır, lakin 100 km/saata sürətlənmə vaxtı hələlik dərc olunmayıb. Bununla belə, yürüş ehtiyatı (CLTC) məlumdur: elektrik rejimində (tam dolu batareya ilə) - 262 kilometr, hibrid rejimdə isə 1227 kilometr.  Voyah Zhuiguang hibridi sentyabrın sonuna qədər Çin bazarında satışa çıxmalıdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh