Yanacaqdoldurma məntəqələrində təmizlik: kim və necə icra etməlidir? - FOTO

Son günlər bəzi yanacaqdoldurma məntəqələrində (YDM) yanacağa su qatılması iddiaları sosial şəbəkəni ciddi şəkildə məşğul edib. Hətta YDM-lərdən biri çənə su qarışdığını etiraf etdi. Bəs belə bir hal nə dərəcədə normaldır? Çənə su necə qarışa bilər? Ümumilikdə YDM-lərdə təmizlik necə aparılmalıdır? Bu sahədə beynəlxalq təcrübə necədir?
Avtosfer.az xəbər verir ki, Avropa ölkələrində YDM-lərin təmizliyi 2 qrupa bölünür. Ofis, xidməti otaqlar və iş yerlərinin təmizliyini personal özü həyata keçirə bilər və burada xüsusi tələb yoxdur. Yanacağın satıldığı ərazi isə xüsusi ixtisaslaşmış müəssisələr tərəfindən maşınlarla həyata keçirilir. Burada toplanan zibil xüsusi konteynerlərə yığılaraq poliqona ayrıca daşınır. Belə təmizləmə zamanı satış dayandırılır.
Nəhayət, gəldik işin ağır hissəsinə: çənlərin və satış aparatlarının təmizlənməsi. Bu proses müəyyən cədvəl üzrə periodik aparılır. İş riskli olduğu üçün əraziyə kənar şəxslərin və nəqliyyat vasitələrinin girişi qadağan edilir. Çənlər təmizləndikdən sonra satış aparatlarının da borulıarı, filtrlər, su ayıran separatorlar təmizlənir. İş prosesində yaranan tullantı xüsusi texnika ilə kənara daşınaraq utilizasiya olunur.
Bakıda belə bir məqsədlə hansısa YDM-də satışın dayandığını görmüsünüzmü? O ki qaldı çənlərə su dolmasına, COP-29 zirvəsinə hazırlıq getdiyi vaxtda belə bir açıqlamanı yalnız təxribat adlandırmaq mümkündür.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














