Yaponiya avtomobil şirkətindən yenilik: Benzin və dizelin dövrü bitir?

“Honda” elektrikli avtomobil texnologiyasında böyük bir addım ataraq uzun mənzilli bərk cisim batareyaları inkişaf etdirməyi hədəfləyir.
Avtosfer.az xəbər verir ki, şirkət 2030-cu ilə qədər bu innovativ akkumulyatorlardan öz avtomobillərində istifadə etməyə başlamağı və 2040-cı ilə qədər tam şarjla 1249 km məsafə qət edən elektrikli avtomobillər təklif etməyi planlaşdırır.
Ənənəvi litium-ion batareyaları ilə müqayisədə bərk hallı batareyalar daha yüksək enerji sıxlığı, daha uzun ömür və daha qısa doldurulma müddətləri təklif edir. Bu xüsusiyyətlər, elektrikli nəqliyyat vasitələrinin əhatə dairəsi və batareyanın davamlılığı ilə bağlı narahatlıqları aradan qaldıraraq, daxili yanma mühərrikli nəqliyyat vasitələrindən istifadənin sonunu sürətləndirə bilər.

“Honda”nın bərk cisimli akkumulyatorların inkişafı strategiyasının əsas elementi elektrolit təbəqələrinin sıxlığını artırmaq üçün istifadə edilən “roll-pressing” texnikasıdır. Bu üsul elektrolit və anod və katodlar arasındakı əlaqələri gücləndirərək batareyanın səmərəliliyini və davamlılığını artırır.
Diapazon bugünkü elektrik avtomobillərinin adətən təklif etdiyi 300-400 kilometr məsafə ilə müqayisədə dramatik təkmilləşdirmədir. Bu uğur əldə olunarsa, uzun səyahətlər və məsafə narahatlığı artıq elektormobil istifadəçiləri üçün problem olmaya bilər.
“Honda”nın bu yüksək hədəfləri elektrikli avtomobillərin yayılmasını sürətləndirə bilər. Uzun mənzilli və davamlı akkumulyatorlar istehlakçıların elektrikli avtomobillərə inamını artıra və yanacaqla işləyən avtomobillərə son verə bilər. Bundan əlavə, bu texnologiyanın inkişafı karbon emissiyalarının azaldılması məqsədlərinə böyük töhfə verə bilər.
.jpg)
Eltac Zülfüqaroğlu
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?











