Yekaterinburqda həbs edilmiş azərbaycanlılara məxsus avtomobillər - SİYAHI - FOTO

Rusiyanın E1.ru nəşri Yekaterinbuqrda ötən illərdə törədilmiş qətllərə dair iş üzrə saxlanılan və həbs edilən azərbaycanlıların sahib olduqları nəqliyyat vasitələrinə diqqət çəkib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, nəşr iyulun 1-də saxlandıqdan sonra sərbəst buraxılan Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin ailəsinə, eləcə də həbs edilmiş azərbaycanlılara məxsus avtomobillərin siyahısını dərc edib.
Bildirilir ki, Şahin Şıxlınskinin adına iki maşın var: X500XT nömrə nişanlı "Lada Largus" və C500XT nömrə nişanlı "Mercedes-Benz".
500 rəqəmi Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinskinin "Gelandewagen" və digər oğlu Emilin E500EX nömrə nişanlı "BMW 320" maşınlarında rast gəlinir.

Vüqar Səfərovun (saxlandıqdan sonra buraxılıb) adına "Mercedes-Benz Е-200" avtomobili qeydiyyata alınıb.
Həbs edilmiş Akif Səfərovun "BMW X5" maşını var.

Kamal Səfərov "Hyundai Sonata" və "Toyota Camry", Məzahir Səfərov isə "Lada Largus" nəqliyyat vasitəsinə malikdir.
Axtarışlardan və silsilə saxlanılmalardan sonra xəstəxanaya yerləşdirilmiş Əziz Abbasov "Chevrolet Klan" və "Land Rover Sport" avtomobillərinə sahibdir.

Həbs olunan digər şəxslər - Əhliman Gənciyev, Ayaz Səfərov, Şahin Lalayev, Hüseyn Səfərov və Bəkir Səfərovun adına qeydiyyatda avtomobillər yoxdur.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












