Yeni "Mercedes-AMG G 63" ofrouderini kabrioletə çeviriblər

Hazırkı Mercedes-Benz G-Class ofrouderinin Cabriolet versiyası yoxdur. Amma Refined Marques atelyesi bu çatımazlığı aradan qaldırmağı vəd edir. Açıq kuzovlu Mercedes-AMG G 63 ofrouderini almaq arzusunda olanlar nə az, nə çox, 1,2 milyon avro ilə vidalaşmalı olacaqlar. Üstəlik, zavod versiyasından fərqli olaraq, yumşaq damın rəngi qara və ya bej ilə məhdudlaşmayacaq.
Açıq kuzovlu ofrouderin inşası ideyasını Refined Marques şirkətinin rəhbəri Əhməd əl-Bakrinin beş yaşlı oğlu irəli sürüb. Müştərilər arasında artıq orijinal G 500 Cabriolet modelinin qadın sahibi də var – o, ofrouderin bu versiyasını daha çox bəyənir.
Kabriolet Mercedes-AMG G 63 modelinə əsaslandığına görə, kapotun altında 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən standart 4,0-litrlik V8 biturbo mühərriki dayanır. Güc aqreqatı doqquz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.
Məlum məsələdir ki, oxlar və təkərlərarası differensialları və azaldıcı cərgəsi olan tam ötürmə sistemi də yerindədir. Avtomobilin inşası il yarım çəkib və bu işə Formula 1 və superkarlar üzrə alman mütəxəssisləri cəlb olunublar.
Adi Mercedes-Benz G 500 Cabriolet modelindən əsas fərq arxa qapıların mövcudluğudur. Düzdür, onlar öndəkilərdən daha ensizdirlər və üstəlik, hərəkətin əksi istiqamətinə açılırlar. Salonda ayaqlar zonasında daha geniş məkan və yeni üzlüklər var.
Baqaj qapısı yana açılır ki, bu da standart aşağı açılandan daha rahatdır. Qatlanan yumşaq tavan elektrik ötürməsinə malikdir, lakin damın kilidləri əl ilə bağlanılır. Rənglər, materiallar və dekor müştərinin seçimindən asılıdır. İki eyni kabriolet olmayacaq və cəmi 20 nüsxədə buraxılacaq.
Eyni zamanda, gələn il yenilənmiş Mercedes-AMG G 63 təqdim ediləcək. “Bərkgedən” ofrouder yeni mühərriki alacaq – bu, GLE 63 S 4Matic krossoverindən götürülmüş 48 voltluq EQ Boost startyor-generatoru ilə tamamlanan 4,0-litrlik V8 biturbomühərrikidir.
Tenneco şirkətinin tədarük etdiyi kinetik asqıda
autograph
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı










