Reklam

Yeni "Renault Duster" Türkiyədə buraxılacaq

Avtodünya 11 Dekabr 2023 16:29 Oxunub 766
Yeni "Renault Duster" Türkiyədə buraxılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu yaxınlarda üçüncü nəsil Duster krossoveri Dacia brendi altında debüt edib - Avropa bazarında satılacaq krossoverlər Rumıniyada istehsal olunacaqlar. Amma Renault brendi altında buraxılacaq versiya da nəzərdə tutulub: bu gün fransız markasının Türkiyədəki nümayəndəliyi belə krossoverin ilk şəkillərini dərc edib. Avtomobil haqqında hələlik təfərrüatlar çox az olsa da, məhz Duster Renault markasının istehsalatdakı irimiqyaslı dəyişikliklərin növbəti mərhələsini başlatdığını bəyan edir.

Artıq məlum olduğu kimi, Renaulution strategiyası Avropada elektromobillərin istehsalına sürətli keçidi nəzərdə tutur. Burada daxili yanma mühərrikləri olan avtomobilləri istehsal etmək artıq sərfəli deyil, lakin Renault onlardan tamamilə imtina etmək fikrində də deyil. Buna görə də fransızlar istehsal mərkəzini Fransadan Türkiyəyə köçürürlər.

Yerli Oyak Renault birgə müəssisəsi artıq 54 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində 7,5 milyondan çox avtomobil istehsal edib. İndi onun yeni bir missiyası var. Renault avtomobillərinin Avropa İttifaqından kənara əsas ixracatçısı məhz Türkiyə olmalıdır. 2027-ci ilə qədər istehsalın genişləndirilməsinə 400 milyon avro xərclənəcək.

Oyak Renault hazırda iki modeli - Clio hetçbekini və Megane sedanını istehsal edir, lakin növbəti dörd il ərzində Bursadakı zavodda dörd yeni modelin buraxılması nəzərdə tutulur. Onlardan üçü B və C siniflərindən olan krossoverlərdir. Krossoverlərin hər birinin yerli güc qurğusu ilə təchiz edilmiş hibrid versiyası olacaq və şirkət ən böyük C-krossoverini 50 ölkəyə ixrac etmək niyyətindədir.

2024-cü ilin ikinci yarısında başlanmalıdır. Avtomobil haqqında hələlik heç bir təfərrüat yoxdur. Daha doğrusu, Renault brendi altında buraxılacaq Duster modelinin Avropada satılacaq Dacia Duster krossoverindən nə dərəcədə fərqlənəcəyi bəlli deyil. Əlbəttə ki, emblemlər və nişanlardan başqa. İlk dərc olunan şəkillər radiator barmaqlığının dəyişdirildiyini, firma rombunun əvəzinə isə, markanın adının yazıldığını göstərir.

Türkiyədə buraxılacaq Duster hibrid versiyaya da sahib olacaq, lakin hələlik güc qurğusu haqqında məlumat verilməyib. Avropada Dacia Duster hibrid (140 at qüvvəsi), benzin (130 at qüvvəsi) və qaz (100 at qüvvəsi) versiyalarına malikdir. Bütün təfərrüatlar daha sonra açıqlanacaq.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh