Yeni “Toyota Supra”nın elektron yanacaq texnologiyası - FOTO

“Toyota”nın “2JZ” mühərriki ilə avtomobil həvəskarlarının vazkeçilməz olduğu “Supra”, yeni nəsildə təəccüblü bir dəyişikliklə gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, “BMW” ilə əməkdaşlıqda istehsal edilən son nəsil “Supra” modelindən sonra marka yeni seriyasına təəccüblü bir dəyişiklik edib.
Dünyanın bir çox markası tərəfindən edilən elektrik transformasiya hərəkətlərinə əlavə olaraq, köklü avtomobil istehsalçısı “Toyota”nın fərqli planları var. Brendin fikrincə, gələcək elektrik avtomobillərində deyil, hidrogen və ya sintetik yanacaq texnologiyalarındadır.
Bu fikrin doğru və ya yanlış olması müzakirəyə açıq məsələdir. Bu səbəbdən də bu, başqa bir xəbərin mövzusudur. Əsas mövzumuza qayıdaq, “Toyota” bu düşüncə ilə hərəkət edəcək və elektrik və ya e-yanacaq texnologiyası ilə yeni “Toyota Supra” modelini təqdim edəcək.
Əvvəlki nəsildə “BMW” ilə əməkdaşlıqda yeni “Supra” istehsal edən şirkət bu nəsil üçün də tərəfdaşını dəyişməyib. Brend “Supra”nın “2JZ” ruhuna zidd olsa da, biri e-yanacaq texnologiyası, digəri isə tam elektriklə işləyən iki fərqli qurğu hazırlayıb.
Alınan ilk məlumata görə, e-yanacaq texnologiyasına malik “Supra” 3 litrlik 6 silindrli mühərrikə sahib olacaq. Bu qurğu 340 ilə 400 at gücü arasında güc istehsal edəcək.
Məhəbbət Tərlanoğlu
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO













