Yenilənmiş "BMW X5" “sığın testi”nin öhdəsindən gələ bilməyib

İspaniyanın km77 nəşrinin jurnalistləri yenilənmiş BMW X5 krossoverini ənənəvi “sığın testi” ilə sıınaqdan keçiriblər. Sınaq zamanı, avtomobil sanki əsl heyvanla qarşılaşırcasına zolağı qəflətən dəyişdirməli, qonşu zolağa keçərək yenidən öz zolağına qayıtmalıdır.
Qəribədir ki, Bavariya krossoveri bu manevri saatda 77 km/saat sürətilə yerinə yetirə bilməyib, üstəlik, alman avtomobilinin ekstremal vəziyyətdəki davranışı mütəxəssisləri məyus edib.
Jurnalistlərin ixtiyarına 48-voltluq startyor-generatoru, 8-pilləli avtomatik transmissiyası və 298 at qüvvəli dizel mühərriki ilə təchiz edilmiş xDrive30d versiyasında olan BMW X5 modeli verilib. Bu, alman krossoverinin heç də ən güclü və ya ən idman versiyası deyil, çünki bu modelin modifikasiya çeşidində artıq "bərkgedən" M versiyası mövcuddur.
Krossover ən yaxşı cəhdində konsulardan ibarət dəhlizdə 72 km/saat sürətində qalmağı bacarıd ki, bu da “sığın testi” üçün keçərli nəticə sayıla bilməz. Mütəxəssislər sükanın çarxının dönməsinə reaksiyaların məqbul olduğunu bildirsələr də, Bavariya modelindən daha dəqiq idarəetməni gözlədiklərini qeyd ediblər.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












