Axşam düşən kimi «Oyunlar zolağı»nda vəziyyət belə olur - VİDEO

Avtoreyd 2 İyun 2015 01:59 Oxunub 2688
Axşam düşən kimi «Oyunlar zolağı»nda vəziyyət belə olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Gecə qara, cücə qara» prinsipi ilə zolağa daxil olanları da kamera çəkir 

Mayın 29-dan başlayaraq Bakıda sarı xətlə işarələnmiş «Oyunlar zolağı»na daxil olanların cərimələnməsi prosesi davam edir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, artıq kameralar vasitəsilə müəyyən edilən sürücülərin sayı 2 min nəfəri keçib. Proses davam edir. Gündüz vaxtı zolağa daxil olanların sayı az olsa da, gecələr mənzərə dəyişir. Bəzi sürücülər düşünür ki, qaranlıqda kamera çəkmir. Amma əksinə, yeni quraşdırılan kameralar gecə daha effektli çəkiliş aparır. Odur ki, bəzi sürücülər qaydalara əməl etməyi öyrənməlidir.

Son günlər sosial şəbəkələrdə gedən müzakirələrdən belə məlum olur ki, «Oyunlar zolağı»na daha çox bahalı avtomobillər daxil olur. Bu maşınların özü kimi nömrəsi də bahalıdır. Bu mənzərə digər sürücülərdə ikrah hissi yaradır. Təsəvvür edin ki, insanlar «Oyunlar zolağı»nın kənarı ilə yavaş-yavaş hərəkət edərkən hansısa bir «zerkalni» nömrələri maşın onların yanından saymazyana şəkildə ötüb keçir. Əlbəttə, onsuz da əsəbləri tarıma çəkilmiş sürücülər belə halları gördükdə daha da aqressivləşir və bəziləri acığa düşüb həmin zolağa daxil olaraq hərəkət edirlər. Hər halda, güman edirik ki, «Oyunlar zolağı» ilə bağlı çaşqınlığa və ayrıseçkiliyə tezliklə son qoyulacaq. Ən əsası isə həmin zolağın olduğu yolların kənarında maşın park edib digərlərinə problem yaradanlara qarşı mübarizə aparılmalıdır ki, yolda sıxlıq yaranmasın. Azneft meydanı ətrafında yol kənarında park edilmiş maşınların ucbatından digər sürücülər maşını yarı sarı zolaqla sürməli olurlar. 

Avtosfer.az Bakıda «Oyunlar zolağı» ilə bağlı gecə mənzərəsini əks etdirən videonu təqdim edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh