Ayıq sürücünü evinə aparan sərxoş sürücü saxlanıldı - VİDEO

Gecə saatlarında Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə bir neçə sürücü gətirilib.
Avtosfer.az xəbər verir ki, apatv-nin məlumatına görə, yol-patrul xidmətinin əməkdaşları Xosrov Elxan oğlu Soltanovu sükan arxasında mobil telefondan istifadə etdiyi üçün saxlayıblar. Lakin onun həm də sərxoş olduğu müəyyən edilib. Məntəqəyə gətirilən Xosrov Soltanovun sərxoş olması öz təsdiqini tapıb.
Sürücülər Mətləbəli Abbasov və İsmayıl Namazov isə təhlükəsizlik kəmərindən istifadə etmədiklərinə görə saxlanılıblar. Sürücü İsmayıl Namazovun başına gələn hadisə əsl macəra sayıla bilər. Spirtli içki qəbul edən İsmayıl Namazov ayıq sürücü xidmətindən istifadə edib. Lakin evlərinə çatanda İsmayıl Namazov ayıq sürücünün özünü avtomobili ilə evinə aparmaq qərarına gəlib.
Ümumilikdə gecə saatlarında sərxoşluğun müayinəsi məntəqəsinə 25-ə yaxın sərxoş sürücü gətirilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











