Bakı sakinlərinə sevindirici xəbər - Taksidə qiymət belə olacaq- VİDEO

Paytaxt sakinləri yeni taksilərdən istifadə edə biləcək. Nəqliyyat nazirliyinin təqdim edəcəyi bu xidmətin digərlərindən daha rahat, eyni zamanda sərfəli olacağı bildirilir. Ən əsası bu taksilərdə nağdsız ödəniş imkanı verən pos-terminalların mövcud olmasına xüsusi nəzarət ediləcək. ANS-in məlumatına görə, yeni “Bakı Taksi” xidməti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərəcək. Avropa Oyunları ilə əlaqədar gətirilmiş 500 ədəd “London taksi”ləri də oyunlar bitdikdən sonra “Bakı Taksi” xidmətinə veriləcək. Nəqliyyat Nazirliyində hesab edirlər ki, bununla taksi xidməti sahəsində rəqabət artacaq və bu, qiymətlərə təsir edəcək. Yeni taksilərdə sərnişinlər nağdsız ödənişdən istifadə edə biləcək.
Nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə, “Bakı Taksi” xidməti nəzdində fəaliyyət göstərən taksilərdə mütləq post-terminallar olmalıdır: “Taksi üçün xüsusi ekipirovkalar, yəni sərnişin üçün bütün şərait yaradılmalıdır. Xüsusilə də nağdsız ödənişlər üçün. Bunlar mütləq tətbiq olunacaq. Avropa Oyunları ərəfəsində də, oyunlar zamanı da, oyunlardan sonra da həmin post-teminalların quraşdırılması prosesi davam edəcək”.
Nazirliyin təqdim edəcəyi xidmətin tarifləri hələlik bəlli olmasa da, qiymətin bazarın tələbindən asılı olaraq təyin olunacağı bildirilir.
Xatırladaq ki, bundan əvvəl yaradılmış və 1000 ədəd “London taksi”sini idarə edən özəl şirkətin tarifləri avtomobilə əyləşərkən 1 manat ödəmək şərti ilə məsafədən asılı olaraq dəyişir. 10 kilometrə qədər yolun hər kilometri üçün 70 qəpik, 10 kilometrdən 20 kilometrədək 40 qəpik, 20 kilometrdən artıq hissə üçün isə 20 qəpik təşkil edir. Əlavə olaraq hər taksinin hər gözləmə dəqiqəsinə görə 5 qəpik ödənməlidir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











