Bakıda 130-la «uçan» avtobus - VİDEO
Avtoreyd
1 İyun 2015 02:06
Oxunub 2323
Qanuna görə avtobus 70-dən artıq sürətlə hərəkət etməməlidir
Bakıda saatda 130 km sürətlə hərəkət edən sərnişin avtobusunun videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, videonu sosial şəbəkələrdə yayan şəxs bildirib ki, magistral yolda 120 km saat sürətlə hərəkət edərkən arxadan gələn sərnişin avtobusu ona siqnal verərək yol istəyib. Sonra isə avtobus həmin sürücünün avtomobilini sağdan ötərək 130 km saat sürətlə hərəkəti davam etdirib.
Videodan da göründüyü kimi, avtobus sərnişinlə doludur.
Qanunvericliyə görə, sərnişin avtobusları həcminə, daha dəqiq desək, tutumana görə magistral yollarda 70-90 km saat sürətlə hərəkət edə bilər. Avtobuslar yolun sağ zolağı ilə hərəkət etməlidir.
Elmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR