Bakıda insan maşınla birlikdə belə yandı – VİDEO 18+

Xəbər verdiyimiz kimi, avqustun 2-də Bilgəh-Nardaran yolunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın xəbərinə görə, "Lend Rover" markalı 90-KX-010 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək, "Zaporojets"in üstünə çıxıb. Sonra isə “Mersedes” və "Lexus" markalı avtomobillərlə toqquşub. Əsas zərbəyə tuş gələn "Zaporojets" markalı avomobil alışıb. Nəticədə avtomobildəki 4 nəfərin hamısı həlak olub. Ölənlərdən birinin cəsədi külə çevitilib. Digər avtomobillərin sərnişinlərindən isə 4 nəfər ağır yaralanıb. "Lend Rover”in sürücüsü taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb.
Fövqəladə Hallar Nazirliyinin hadisə ilə yaydığı məlumatda bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən yol-nəqliyyat qəzasına səbəb olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində “Zaparoje” markalı avtomobil deformasiyaya uğrayıb və yanıb. Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində vəfat edib. Xilasedicilər A.Hüseynovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Avtosfer.az hadisə yerindən çəkilmiş daha bir videonu təqdim edir. Burada bir nəfərin «Zapı»da necə yandığı əksini tapıb. Ağ köynəkli həmin şəxsin bədəninin yarısı maşında, yarısı bayırdadır. Sıxışıb qaldığı üçün onu yanğından xilas etmək mümkün olmayıb.
Ürəyi zəif olanların bu videoya baxmamasını tövsiyyə edirik.
Emin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











