Bakıda sürücüyə qarşı təxribat; piyada onu şərlədi – VİDEO

Bakının Binəqədi rayonunda, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının ədliyyə müşaviri Xanlar Ələkbərov özünə qarşı törədilən təxribatla qarşılaşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Xanlar Ələkbərov bu barədə sosial şəbəkədə yazıb və müvafiq videonu yerləşdirib. Videoqeydiyyatçı tərəfindən qeydə alınan kadrlarda avtomobilin həyətdən çıxaraq saatda 5-7 km sürətlə hərəkət etməsi görünür. Döngədə gözlənilmədən piyada çıxır və özünü avtomobilin altına atır.
Piyada guya maşının altında qalan ayağını tutaraq qışqırmağa başlayır. Doktor qeyd edib ki, hadisə yerinə dərhal Binəqədi bələdiyyəsinin, sonra isə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gəlib, onun bilərəkdən maşınla adam vurduğunu bildirib və bununla əlaqədar ondan açıqlama istəyiblər. Xanlar Ələkbərov bildirib ki, hadisə yerinə gələnlərə maşında quraşdırılmış videoqeydiyyatçının çəkdiyi videonu göstərib. “Həmin an (18.32) Binəqədi bələdiyyəsinin nümayəndələri, sonra Binəqədi rayon polis idarəsinin əməkdaşları gəldi (görünməmiş operativlik) və mənə bilərəkdən adam vurduğumu, ona xəsarət yetirdiymi və s. dedilər, baş verən qayda pozuntusu ilə əlaqədar məndən açıqlama istədilər. Amma nə onlar, nə də təxribatçı şəxs maşınımda quraşdırılmış videoqeydiyyatçını nəzərə almadılar. Qeyd etməliyəm ki, son ildə bu mənə qarşı yalançı ittiham irəli sürmək üçün nə birinci və nə də ikinci cəhddir”, - professor yazıb.
Bu hadisə ilə əlaqədar Xanlar Ələkbərov eləcə də ölkəmizdə yerləşən RF səfirliyinə və Azərbaycanın baş prokurorluğuna müraciət edib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











