Bizim "mədəni" sürücülər – Söyməyə və söyülməyə adət edənlər - VİDEO

Oxuculardan biri Avtosfer.az-a yollarımızda baş verən sürücü mədəniyyətsizliyini əks etdirən maraqlı video göndərib. Videodan göründüyü kimi, sürücü öz yolu ilə hərəkət edərkən yolayrıcında sağdan qəflətən onun yoluna «Fiat-Doblo» markalı avtomobil çıxır. Bir neçə metr sonra isə «KİA» markalı, 50 CJ 818 dövlət nömrə nişanlı avtomobil yola çıxır. Göründüyü kimi, «KİA» yolun sağında dayanıb. Sürücü hərəkətə başlayarkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə əhəmiyyət vermədən onun yoluna çıxıb qəza şəraiti yaradır. Çox güman ki, bu videonu çəkən sürücü maşını saxlayıb qəza şəraiti yaradan sürücüyə nəsə deyir. Öz səhvini başa düşməyən «KİA»nın sürücüsü də görünür, bundan qəzəblənib soldan hərəkət etməklə qarşı yola çıxaraq həmin sürücünün yolunu kəsir. Guya bu hərəkəti ilə ona irad tutan sürücüyə cavab vermiş oldu. Əslində isə bu qədər haqq-hesabdan sonra deyəsən, o, öz səhvini başa düşməyib.
«Bizim Cəbiş müəllim» filmində maraqlı bir epizod var. Makidon siçanı yandırdığı üçün Namiq ona bir sillə vurur. Cəbiş müəllim də Makidona «əgər sən başa düşsəydin ki, bu sillə sənə niyə vuruldu, o zaman səndən adam olardı» deyə, irad bildirir. İndi də, «KİA»nın sürücü başa düşsəydi ki, ona niyə siqnal verib nəsə dedilər, o zaman yəqin ki, utandığından həmin sürücünün qarşısına keçib hoqqabazlıq etməzdi.
Qeyd edək ki, bu video iyunun 28-də çəkilib. Həmin görüntüləri təqdim edirik:
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











