Hakim yol polisinə hiddətləndi: «Səni güllələyəcəm» - VİDEO
Avtoreyd
8 Avqust 2015 12:07
Oxunub 3264
Məhkəmə hakimi "BM|W-X-5"i sərxoş halda idarə edərkən inspektorun saxlama əmrinə əhəmiyyət vermir
Sükan arxasında əyləşən məmurların polisə silah çəkməsi deyəsən Ukraynada adi hala çevrilib. Məmur sərxoş halda saxlanılarkən qəzəblənib və silah çıxarıb. Kiyev vilayətinin Makarovski rayon Məhkəməsinin hakimi Oberemko Vladislav Aleksandroviç gecə yarısı öz şəxsi "BM|W-X-5" markalı avtomobilini sərxoş halda idarə edərkən inspektorun saxlama əmrinə əhəmiyyət vermir. Bunun ardınca hakim həyacan siqnalı verən "Yol Nəzarəti" əməkdaşlarının maşını ilə təqib edilir. Yol xolisi əməkdaşları itaətsizlik göstərən sərxoş məmurun zərərsizləşdirilməsi üçün onlardan kömək istəmişdi. Avtomobili saxlayan sərxoş sürücü "Makarov" tipli tapançasını polis əməkdaşına uzadaraq "Mən indi səni güllələyəcəm" deyərək hədələyir.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR