Harada ötmə qadağandırsa orada ötürlər – Bizim "ağıllı" sürücülər - VİDEO

Hər bir olduğu kimi, bu il də Azərbaycanda yay aylarında baş verən qəzaların əksəriyyəti ötmə-manevr qaydalarının pozulması ilə bağlıdır. Bunu Avtosfer.az-ın apardığı araşdırmalar və müşahidələr də təsdiq edir. Daha bir təsdiq isə təqdim etdiyimiz videodur.
Göründüyü kimi, ötməni qadağan edən nişanın təsir zonasında ötmə əməliyyatı aparan, qarşıdan gələn ağır tonnajlı yük maşınlarına əhəmiyyət verməyən və təfəkkür problemi yaşayan sürücülərimiz var. Buyurun, diqqətlə baxın. Görün ki, hər gün yük maşınlarının altında qalıb parça-parça olan, bir anda 5-6 nəfərin həyatına son qoyan, kimlərinsə həyatını puç edən nə qədər məsuliyyətsiz insanlar var. Maraqlıdır ki, özlərini sürücü hesab edən bu insanlar məhz ötməni qadağan edən nişanın təsir zonasına çatanda ötmə əməliyyatı aparırlar. Bu adamların nəsə ciddi problemi var. Tibdə, loru dildə bunların hər birinin adı var. Özləri də o adları yaxşı bilirlər. Videonu izlədikdən sonra Siz də onlara bir ad tapıb ürəyinizi boşaldacaqsınız...
Elməddin Muradlı
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












