İnanılmaz reyd – Pilotsuz uçan aparatla sürücüləri tutdular – VİDEO

Dünyanın müxtəlif ölkələrində yol polisləri qayda pozan sürücülərə qarşı fərqli üsullardan istifadə edirlər. Məsələn, bəzi dövlətlərdə yol polisi avtomobilinin maketini hazırlayıb yolların kənarına qoyurlar ki, sürücülər həmin maşınları uzaqdan görüb qaydaları pozmasınlar. Budəfəki unikal üsul isə Rusiyada tətbiq olunub.
Avtosfer.az-ın məlumatına görə, yol polisləri uçan pilotsuz apparatı havaya qaldıraraq ən çox qayda pozulan nöqtələri müşahidə edirlər. Döngələrdə və düz xətt olan yerdə, yəni qadağan olunan yerdə ötmə əməliyyatı aparan sürücülərin görüntüləri həmin uçan aparat tərəfindən çəkilir və qarşıdakı yol polisi maşınlarına ötürülür. Hər şeydən xəbərsiz sürücü yol polisləri tərəfindən saxlanılarkən qayda pozduğunu danmağa çalışsa da, görüntüləri gördükdə susmalı olur.
Hər bir halda, yol hərəkəti təhlükəsizliyi üçün müasir qurğuların, texnologiyanın köməyindən istifadə etmək lazımdır. Artıq ağac arxasında gizlənib sürücüləri pusmağın dövrü keçib. Çünki ağac arxasında pusqu qurub hansısa sürücüyə cərimə yazdıqda sürücü sübut tələb edəcək…
Fidan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











