Qəza da budur, qəza şəraiti də – Bakıda «KİA» «Lexus»u belə aşırdı - VİDEO

Avtosfer.az Bakıda spesifik yol qəzasının görüntülərini təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan yol-nəqliyyat hadisəsi yolayrıcında baş verib. Bu yol qəzası bir qədər qarışıq şəraitdə baş verir. Gəlin, bütün detallara diqqət edək. İlk növbədə qeyd etmək lazımdır ki, qəzanı törədən «KİA-Sportage» markalı avtomobil svetoforun qırmızı işığından keçir. Kadrlarda tam aydın görünür ki, «KİA»nın vurub aşırdığı «Lexus» svetoforun yaşıl işığında öz yolu ilə hərəkət edir. «KİA» isə qəflətən sağdan çıxıb onu tən ortadan vurub aşırır. Bu, qəzanın əsas səbəbidir. İkinci səbəb də var…
Videodan da göründüyü kimi, sağa gedən yolda sıxlıq var. Lakin ağ rəngli «Mersedes» markalı avtomobilin sürücüsünün elementar qaydalardan xəbərsiz olması və ya bu qaydaları kobud şəkildə pozması ağır qəzaya səbəb olur. Yol hərəkəti qaydalarından məlumdur ki, əgər sürücü qarşıda sıxlıq olduğunu görürsə, hərəkəti davam etdirəcəyi təqdirdə sağdan və ya soldan hərəkət edənlərin yolunu kəsəcəyi aydındırsa, o zaman hərəkət qadağan edilir. Amma ağ «Mersedes»in sürücüsü bu qaydalara əməl etmir və demək olar ki, svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirərək yolun ortasında qalıb. Sürücü maşını sağa-sola sürüb özünə yol axtarır. Elə bunun nəticəsidir ki, «Lexus»un sürücüsü sağdan yola çıxan «KİA»nı gömür və ani olaraq toqquşma baş verir.
Əlbəttə, «KİA» qırmızı işıqda hərəkət edib və qəza törədib. Bu, birmənalıdır. Lakin yolun ortasında ora-bura vurnuxan «Mersedes»in də bu qəzada rolu az deyil. Bu görüntülərdə alqışa layiq bir hal var ki, o da ətrafdakı insanların dərhal köməyə gəlib aşan maşındakı insanları xilas etməsidir. Belə halları müsbət dəyərləndirməyi bacarmaq lazımdır.
Elməddin Muradlı
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











