Sərxoş sürücü yol polisini ələ salıb doladı – Mükəmməl ideya - VİDEO

Sürücülərin ən «yaralı yeri» yol polisidir. Hər bir sürücü yol polisinə yaxalanıb cərimə olunandan sonra dost-tanış arasında bu barədə mütləq danışır və adətən, yol polisinə qalib gəldiyini deyir. Sanki, cərimə olunan bu yox, başqa sürücüdür.
Bu videoda isə sürücü yol polisinə həqiqətən qalib gəlir. Avtosfer.az-ın məlumatına görə, Rusiyada çəkilən maraqlı videoda sərxoş sürücü avtomobili saatda 200-lə sürdüyü üçün radara düşür və yol polisi onu saxlayır. Lakin sürücü maşını yol polisinin yanında yox, bir qədər irəlidə saxlayıb dərhal yerini dəyişir. Sükan arxasında belə spirtli içki qəbul edən sürücü sərnişin oturacağına keçib yol polisini inandırmağa çalışır ki, o, həqiqətən də sərnişindir, sürücü isə yoxdur. Yol polisi təəccüblənir. Maşının o biri tərəfinə keçən yol polisi gözlərinə inanmır. Bu dəfə maşında nə sərnişin var, nə də sürücü. İnspektor bir də onda ayılır ki, həmin şəxs yol polisinin avtomobilinə minib qaçır.
Videonun maraqlı və gülməli olduğunu nəzərə alıb Avtosfer.az-ın oxucuları ilə bölüşmək qərarına gəldik. Baxın, gülün, amma bunu tətbiq etməyin. Çünki bizdə belə avam yol polisi çətin tapılar…
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











