Reklam

Sürücü endir deyir, yol polisi aparır – DYP-dən evakuasiya açıqlaması - VİDEO

Avtoreyd 20 İyul 2015 00:49 Oxunub 2517
Sürücü endir deyir, yol polisi aparır – DYP-dən evakuasiya açıqlaması - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahibi yanındadırsa, yol polisi avtomobili evakuatorla apara bilərmi?

İyulun 17-də, gecə paytaxtın Neftçilər prospektində dayanma durma qaydasını pozan sürücü ilə yol polisi arasında mübahisə olub. Səbəb sahibi yanında ola-ola polisin avtomobili evakuatorla cərimə meydançasına aparması olub. Sahibi əgər avtomobilin yanındadırsa yol polisi onun avtomobilini cərimə meydançasına apara bilərmi? Bu suala Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə Rəisi Vaqif Əsədov cavab verib.

Polis yol kənarında dayanmış avtomobilin evakuatora yükləməsinə göstəriş verib. Bundan xəbər tutan sürücü dərhal avtomobilin yanına gəlib, maşının cərimə meydançasına aparılmasına mane olmaq istəyir.

Görüntülər gecə Bakının Səbail rayonu, Neftçilər prospektində Avtosfer.az-ın əməkdaşı tərəfindən lentə alınıb. Dənizkənarı bulvara gəzməyə gələn İlkin Sadıqov avtomobili yol kənarında park edib. Bir müddət sonra ərazidə xidmət aparan dövlət yol polis əməkdaşları dayanma-durma qaydasını pozan sürücünün avtomobilin cərimə meydançasına aparılmasına qərar verib.

Bu zaman İlkin Sadıqov yol polislərinə yaxınlaşaraq avtomobilin evakuatordan düşürülməsini xahiş edib. Yol polisi qayda pozan sürücüyə avtomobili cərimə meydançasına aparacaqlarını deyəndə tərəflər arasında mübahisə düşüb.

Sürücünün bütün səylərinə baxmayaraq avtomobil cərimə meydançasına aparılıb. Bəs görəsən qaydalara görə bu məsələdə hansı tərəf haqlıdır ? Bu halla bağlı hətta bir müddət əvvəl Milli Məclisdə inzibati xətalar məcəlləsinin 407-ci maddəsinə dəyşiklik də edilib. Dəyişikliklərə görə, avtomobil qadağan olunmuş yerlərdə saxlanıldıqda, sürücü avtomobilin yanında olduğu halda nəqliyyat vasitəsi evakuatorla müvəqqəti dayanacağa aparıla bilməz.

Bakı şəhər Dövlət Yol polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, belə tədbirlər tıxacın qarşısının alınması məqsədi ilə paytaxtın mərkəzi küçə və prospektlərində aparılır. Xüssən də gecələr Neftçilər prospekti, Rəşid Behbudov, Nizami, Xaqani, Füzuli və Səməd Vurğun küçələrində qaydaları pozan sürücülər cərimələnir. Xatırladaq ki, əgər sürücü avtomobili dayanmaq qadağandır nişanının yanında saxlayarsa 20, avtobus dayanacağında saxlayarsa 40 manat cərimə olunurlar.

 

 

İnsidentin tam versiyasına bu videoda baxa bilərsiniz;

Link - https://www.youtube.com/watch?v=hxHqYXwGzUo

ŞƏRH YAZ
Ad

E-mail

Şərh