Yüksək sürət və faciə: sürücünün 7 yaşlı qızı öldü - VİDEO

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücünün 7 yaşlı qızı ölüb. Hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Rayonun Mamrıx kənd sakini, 1985-ci il təvəllüdlü Qəhrəman Şirin oğlu Canayev idarə etdiyi "Jiquli" markalı, Rusiya dövlət nömrə nişanlı avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücünün 7 yaşlı qızı Dünya Canayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti almış Qəhrəman Canayev və avtomobildə olan sərnişinlər, onun yaxın qohumları - 1988-ci il təvəllüdlü Şərqiyə Zakir qızı Balayeva və 1956-cı il təvəllüdlü Nazxanım Məhəmməd qızı Aydəmirova da xəstəxanaya aparılıblar.
APA TV-yə verilən məlumata görə, Şərqiyə Balayeva aldığı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qəzadan sonra avtomobildə yanma baş verib. Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











