100 yaşlı sürücü 95 yaşlı sərnişini ilə qəza törətdi; polislər şok oldu - FOTO

Polşanın Olsztyn şəhərində 100 yaşlı sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Zator yaşayış məntəqəsi ərazisində qeydə alınıb.
Məlumata görə, polis qəza ilə bağlı aldığı məlumat əsasında qəza yerinə gedib. Bu zaman bir vaxtlar ölkədə orta nəsil üçün istehsal edilən “Polonez” markalı avtomobillə qəza törədən sürücünün 100 yaşı olduğu məlum olub.
Polislər, yaşlı sürücünün digər hərəkət iştirakçısına yol verməyərək qayda pozduğunu və qəza zamanı onun yanında 95 yaşlı bir qadın sərnişinin də olduğunu müəyyən edib.
Bildirilir ki, qəza zamanı ölən və xəsarət alan olmayıb, ancaq avtomobillərə zərər dəyib.
Polis, qayda pozan yaşlının, sağlamlıq vəziyyəti və yaşına görə psixomotor bacarıqlarında məhdudiyyət olduğu səbəbi ilə sürücülük vəsiqəsini əlindən alıb.
68 ildir sürücülük hüququna malik olan 100 yaşlı kişi, indi sürücülük vəsiqəsinə qovuşmaq üçün məhkəmənin qərarını gözləyir.
Namiq Musayev

Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










