Abşeron RİH-dən 100 minlik yeyinti: Xırdalan zülmət içində - FOTO
Avtosfer Foto
15 Dekabr 2020 14:10

Abşeron rayonunun Xırdalan şəhəri hər axşam zülmətə qərq olur. Yüz minlərlə insanın yaşadığı, nəqliyyatın hərəkətinin sıx olduğu bu ərazidə axşamlar yola çıxmaq təhlükəlidir. Çünki göz-gözü görmür və küçələrdə işıqlanma yox dərəcəsindədir. Reportyor.info-nun araşdırmasına görə, 2018-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalanın işıqlandırılması üçün tenderdə “qalib” gələn “Comel A.N” MMC-yə nə az, nə çox 99999.81 manat deməkdir.
Lakin tenderdən 2 ildən çox vaxt keçsə də, nə şirkət öz işini icra edib, nə Abşeron İH tərəfindən hər hansı addım atılıb. Nəticədə Xırdalan qaranlığa qərq olub, sürücülər, piyadalar əziyyət çəkir və narazılıq yaradır.
Abşeron İH tərəfindən “ayrılan” vəsaitin hara getdiyi isə suallar doğurmaya bilməz. 100 min manata Xırdalanın axşamları gündüz kimi olmalıydı. Göründüyü kimi, ortada ciddi korrupsiya şübhəsi var.
Həmin “Comel A.N” MMC barədə internet resurslarında da heç bir informasiya əldə etmək olmur və şirkətin fəaliyyəti müəmmalıdır.
Eyni zamanda Abşeron İH tərəfindən küçələrin işıqlanması ilə bağlı hansı işlər görüldüyü haqda hər hansı rəsmi məlumata belə rast gəlinmir. İcra başçısı İradə Gülməmmədova isə rayonun gözəlləşməsindən, abadlaşmasından, gündən-günə işıqlı olmasından danışır.
Oxunub : 3774
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ


















