Avtobus sürücüsü tapdığı pulları sahibinə qaytardı - "Xaliq Faiqoğlu" onu mükafatlandırdı - FOTO
Avtosfer Foto
12 Fevral 2021 15:42

Fevralın 11-də “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 199 saylı marşrut xətti üzrə hərəkət edən 99 JL 484 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlərdən biri içərisində 2000 ABŞ dolları, 68 manat, sənədlər və digər əşyalar olan çantasını itirib. Avtosfer.az xəbər verir ki, bu barədə müraciət daxil olan kimi şirkətin əməkdaşları tərəfindən lazımı araşdırmalar aparılıb və kamera görüntüləri yoxlanılıb. Çanta operativ şəkildə aşkarlanaraq sahibi X.Zeynalovaya təqdim edilib. Həmçinin hadisənin baş verdiyi avtobusun sürücüsü və sərnişinlə görüş keçirilib. Onlara şirkət adından hədiyyələr təqdim edilib.
X.Zeynalova göstərilən diqqətə görə “Xaliq Faiqoğlu” şirkətinə təşəkkür edib.
Oxunub : 3290
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ















