Bakıda daha bir “maraqlı” piyada keçidi - FOTO - YENİLƏNİB

Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyada keçidinin üzərindən keçən qaz xətti ilə bağlı mümkünd tədbirlərin görülməsinə başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.
O bildirib ki, sözügedən ərazidə abadlıq işlərinin görülməsinə başlanılıb:
“Həmin qaz xətti əvvəlkindən daha yaxşı vəziyyətə gətiriləcək. Eyni zamanda ərazidən piyadaların keçməsi üçün pilləkanın da qoyulması tədbirləri görülür. Qurum bu işi öz üzərinə götürüb. Piyadaların ərazidə qarşılaşdığı çətinliyi aradan qaldırmaq üçün qurumun ərazi üzrə müvafiq strukturunun əməkdaşları ərzidə olub. Hesab edirik ki, qısa zamanda işlər tamamlanacaq və həmin ərazidən keçən piyadalar da məmnun qalacaq”.
11:00
Bakının Nərimanov rayonu ərazisində çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, söhbət rayonun Ələsgər Qayıbov küçəsindən gedir.
Metronun “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə piyada keçidinin üzərindən qaz xətti keçir. Vətəndaşlar həmin yoldan keçmək üçün ya gərək qaz xəttinin altından keçsinlər, ya da ki üstündən.
Bəs görəsən sözügedən ərazidə bu “maraqlı” mənzərənin yaranmasına səbəb nədir? Həmin yerdə piyada keçidi birinci olub, yoxsa qaz xətti ?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalar Birliyinə (İB) sorğu ünvanladıq.
Qurumun Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə yerləşən qaz xətti yeni çəkilməyib:
“Artıq uzun illərdir ki, həmin qaz xətti sözügedən ərazidə istismardadı. Lakin piyada səkisi yeni salınıb. Bəlkə də abadlıq işi görülən zaman piyadalar üçün səki qoyulub. Buna baxmayaraq “Azəriqaz” İB-nin Təmir-tikinti İdarəsi əraziyə baxış keçirib. Mövcud vəziyyətdə mümkün ola biləcək bütün tədbirlər nəzərdən keçiriləcək”.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










