Bakının skuter problemi: harada gəldi atıb gedirlər – Necə həll edək? - FOTO

Son zamanlar paytaxtda skuter idarə edənlərin sayında artım müşahidə edilir. Bu da velosiped zolaqlarının salınmasından sonra genişlənib. Artıq paytaxtda icarəyə skuter götürüb bir nöqtədən digərinə getmək daha asandır. Avtosfer.az xəbər verir ki, burada əsas problem nəqliyyat vasitələrinin düzgün park edilməməsidir. Belə ki, tez-tez səkilərdə, dayanacaqlarda, yolun hərəkət hissəsində tərk edilmiş skuterlərə rast gəlirik. Bunun da əsas səbəblərindən biri skuterləri kirayə verən şirkətlər tərəfindən parkinq yerlərinin yaradılmaması, eyni zamanda, nəzarət mexanizminin olmamasıdır.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, COP29 ərəfində ekoloji təmiz nəqliyyat vasitələrinin şəhərimizdə geniş yayılması təqdirəlayiqdir. “Lakin bu cür səliqəsizlik və nəzarətsizlik olmaz. Bəzən grürsən ki, yolun hərəkət hissəsində skuterlər atılıb. Yaxud da səkidə, parklarda piyadaların yolunun üstündədir. Bu isə ciddi maneələr yaradır. Xüsusilə gecə vaxtı qəzaların baş verməsinə səbəb ola bilər”.
Ekspert çıxış yolu kimi xüsusi parkinqlərin sayının artırılması və dayanacaqların təşkil edilməsini təklif edib. “Düzdür, müəyyən ərazilərdə parkinqlər var. Amma sayı olduqca azdır. Düşünürəm ki, bu istiqəmətdə daha ciddi işlər aparılmalıdır. Çünki velosiped yolları getdikcə genişlənir. Təbii ki, skuter idarə edənlərin də sayı artacaq. Əvvəl bu işlə bir şirkət məşğul olurdusa artıq onların da sayı artıb. Deməli, problem böyümədən onu həll etmək lazımdır. Düşünürəm ki, bununla bağlı həm dövlət səviyyəsində, həm də ictimai nəzarət olmalıdır”.
Qeyd edək ki, skuterləri parkinqdən kənara atılmasına görə cərimə nəzərdə tutulur.
Könül
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











