Binəqədidə şəhidlərin şəkillərinin sökülməsi ilə bağlı - Açıqlama - VİDEO-FOTO
Avtosfer Foto
18 Dekabr 2020 15:05

Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərin fotoşəkillərindən ibarət lövhələr qoyulmuşdu. Həm Vətən müharibəsi, həm də Birinci Qarabağ müharibəsi şəhidlərini əhatə edən bu təşəbbüs təkcə mediada deyil, sosial şəbəkələrdə də böyük rəğbət qazanmışdı. Lakin bu gün məlum olub ki, həmin lövhələr Mehdiabad yolundan yığışdırılıb. Hazırda həmin ərazidə lövhələrin bərkidildiyi dirəklərin boş yeri və yerə səpələnmiş qərənfillər qalıb. “Qafqazinfo” lövhələri kimin və niyə yığışdırması ilə bağlı məsələni dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib ki, həmin lövhələr icra hakimiyyəti tərəfindən sökülməyib: “Lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb. Görüb ki, lövhələr hamının xoşuna gəlib. Ona görə də, bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün. Əvəzində bütün Binəqədi rayonu şəhidlərini əhatə edəcək başqa bir lövhə qoyulacaq”.
Xatırladaq ki, Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərimizlə bağlı lövhələr həmin ərazidə yaşayan şəxslərin təşəbbüsü ilə vurulmuşdu. Orada şəhidlər haqda məlumatla yanaşı şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunmuşdu. Lövhələrdə təkcə Vətən müharibəsi qəhrəmanları deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız, o cümlədən, Milli Qəhrəmanlar - Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov və digərləri yer almışdı.

Oxunub : 3400
DİGƏR XƏBƏRLƏR
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
30 Aprel 2026 14:48
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
20 Aprel 2026 12:00
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
19 Aprel 2026 23:55
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
ŞƏRH YAZ










