Bu yol sakinlərin həyatı üçün təhlükəyə çevrilib - FOTO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində Vaqif Mirzəyev küçəsinə bu ilin əvvəlində yeni asfalt örtüyü çəkilib. Avtosfer.az xəbər verir ki, asfaltın üzərinə lazımi hərəkət tənzimləyici nişanlar çəkilsə də, kənarlarda sürət məhdudlaşdırıcı nişan və kamera kimi texniki vasitələr quraşdırılmayıb. Bu da bəzi sürücülərin sürət həddini aşaraq tez-tez qayda pozuntularına yol verməsinə gətirib çıxarır.
Demək olar ki, küçə ətrafındakı evlərin qapısı yola açılır və bu da sakinlərin həyatı üçün təhlükə yaradır. Küçənin bəzi yerlərində 1 maşın ancaq hərəkət edə bilir, üstəlik, sürət həddinin aşılması yol kənarıyla gedən piyadaların vurulması ilə nəticələnə, eyni zamanda qarşıdan gələn digər nəqliyyat vasitələri ilə toqquşa bilər.
Xatırladaq ki, həmin ərazidə bir neçə məktəb yerləşir ki, bu da təhlükənin miqyasını daha da böyüdür.
Ümid edirik, yayımladığımız xəbərdən sonra aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində tezliklə lazımı addımlar atacaq.
Namiq Musayev
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO


















