Bulvarda intihar edənləri necə xilas edək? - FHN və XDG-nin diqqətinə - FOTOLAR

Avtosfer Foto 19 Yanvar 2021 13:27 Oxunub 1674
Bulvarda intihar edənləri necə xilas edək? - FHN və XDG-nin diqqətinə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bulvarda intiharların qarşısını almaq üçün və ya intihar edənlərə başqalarının təcili kömək edə bilməsi üçün vacib addım atılmalıdır. Təqdim etdiyim fotolarda xilasetmə jiletləri və ya xilasetmə halqası əksini tapıb. Yaxşı olar ki, bulvardan ayda milyonlarla manat pul qazanan bulvar rəhbərliyi bu vasitələrdən də istifadə etsin. Bu vasitələri bulvar boyunca hər 100 metrdən bir dəniz kənarında sahil divarına bərkitmək olar. Bulvarda polis və mühafizə xidməti var deyə onları kimsə oğurlamayacaq. Amma kimsə intihar edəndə və ya təsadüfən suya yıxılanda bunlar insanları xilas edə bilər. Məsələn, suya yıxılan adama bu halqanı kimsə açıb tullasa o həmin halqadan yapışıb batmayacaq. Ən azından xilasedicilər gələnə kimi sağ qalacaq. Hələ biraz diribaş adam olsa üzüb çıxacaq.

İntihar edənlərə isə başqaları dərhal yardım edə bilər.

Məlum məsələdir ki, intihar edən isan son anda fikrindən daşınsa da, artıq gec olur. Bu anda heç kim suya atılıb ona yardım eləmir. Çünki batan adam köməyə gələn adamı da batıra bilər. Amma sahil divarlarında xilasedici jileti və ya suda batmayan halqa olsa intihar edəni xilas etmək üçün çox adam həmin vasitələrdən istifadə edərək suya atılıb batan şəxsi xilas edə bilər. Hətta ola bilər ki, intihar edən adama kömək üçün bu vasitələrdən birini suya atsan o özü də fikrindən daşınıb sağ qalmaq üçün onlardan istifadə edib kənara çıxa bilər və ya xilasediciləri gözləyə bilər.

Tam səmimi deyirəm ki, bu cür vasitələr sahi divarlarına bərkidilsə onlarla insanın həyatı xilas olunar. İntihar üçün suya atılan insanlara başqaları dərhal yardım edər, suya atılıb bu vasitələrin köməyi ilə onları xilas edə bilər. Ona görə də, xahiş edirəm aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşsınlar. FHN-nin sularda xilasetmə xidməti bu avadanlıqlarla təchiz olunub. Xəzər Dəniz Gəmiçiliyində də var. Bulvar İdarəsi danışıq apararaq bu qurumlarla normal iş görə bilər. Əgər o avadanlıqlar kimisə xilas etmək üçün yaramıyacaqsa və illərlə hansısa anbarda qalacaqsa demək insanlar suda boğulub öləcək.

Bu vasitələr elə də bahalı deyil. Yəni milyonlarla belə xilasetmə vasitəsi bir insan həyatından dəyərli ola bilməz.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh